AZ

Paşinyan Putinin referendum açıqlamasına cavab verdi

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın sonunda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o bildirib ki, qərarı ilə bağlı artıq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumatlandırılıb.

Paşinyan sammitə qatılmamasını ölkədə davam edən seçkiqabağı kampaniya ilə əlaqələndirib. Baş nazir daha əvvəl Moskvada keçirilən 9 May paradında da eyni səbəbdən iştirak etməmişdi.

Bununla yanaşı, Paşinyan Ermənistanın xarici siyasi kursu ilə bağlı da mühüm mesajlar verib. O bildirib ki, hazırda ölkədə Avropa İttifaqı ilə Aİİ arasında seçimə dair referendum keçirmək planlaşdırılmır. Baş nazirin sözlərinə görə, belə bir addım yalnız "obyektiv zərurət" yaranacağı halda gündəmə gələ bilər.

Paşinyan vurğulayıb ki, Ermənistan hələlik Aİİ-dən çıxmağı nəzərdən keçirmir və təşkilatın tamhüquqlu üzvü olaraq tərəfdaş ölkələrə hörmətlə yanaşır. O qeyd edib ki, məsələ siyasi seçimdən daha çox uzunmüddətli transformasiya prosesi ilə bağlıdır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistan hakimiyyətinin gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirə biləcəyini istisna etməmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
baku.ws

2Mənbələr