AZ

“Barselona” bu gün çempionluq paradı keçirəcək

style='margin-bottom:10px;'>

İspaniyanın "Barcelona" klubu bu gün çempionluq paradı təşkil edəcək.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın futbolçuları və məşqçilər heyəti azarkeşlərlə birlikdə La Liqa və İspaniya Superkubokundakı uğuru qeyd edəcək.

Kataloniya təmsilçisinin yürüşü yerli vaxtla saat 17:00-da başlayacaq.

Parad Barselona şəhərinin bir neçə məşhur nöqtəsindən keçəcək və tədbir bütün azarkeşlər üçün açıq olacaq.

Açıqlamada həmçinin komandanın "Kamp Nou" stadionuna qayıdışının mövsümün əsas hadisələrindən biri olduğu vurğulanıb. Klub bunu azarkeşlərlə əlaqələrin daha da möhkəmlənməsi kimi qiymətləndirib.

Seçilən
73
teleqraf.com

1Mənbələr