AZ

Avtomobildən oğurluq edən şəxs saxlanıldı

Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobildən oğurluq edilib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, zərərçəkən polisə müraciət edərək ona məxsus “Mercedes” markalı maşının içərisindən maqnitofon, geyim və digər dəyərli əşyalarının talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb.

Seçilən
25
2
publika.az

9Mənbələr