ain.az, Bizim media saytına istinadən bildirir.
Mövsüm başlayan kimi xüsusilə uşaqların üflədiyi zəncirotu çiçəyinin faydaları saymaqla bitməz.Bizim.Media xəbər verir ki, dərman bitkisi sayılan zəncirotu böyrək xəstəliklərinin və sidik yolları infeksiyalarının qarşısını almaq, oynaqları gücləndirmək və soyuqdəymələri müalicə etmək üçün istifadə edilir.ABŞ Milli Tibb Kitabxanasının veb saytında verilən məlumata görə, zəncirotu həm də qızdırmanı salmağa, qan dövranını stimullaşdırmağa, damarlarda tıxanmanı aradan qaldırmağa kömək edir. Mütəxəssislərin fikrincə, çoxsaylı tədqiqatlar göstərir ki, zəncirotu tinkturası digər məqsədlər üçün də istifadə edilə bilər: antibakterial, antioksidant və revmatizm əleyhinə xüsusiyyətlərə malikdir.
Hər şeydən əvvəl bilmək lazımdır ki, zəncirotu çiçəklərini böyük şəhərlərdən və yollardan uzaqda - tarlalarda, kəndlərdə və meşələrdə - yəni sıx nəqliyyat və sənaye zonalarından uzaq yerlərdə yığıb toplamaq daha yaxşıdır.
Zəncirotu yığmaq üçün ideal vaxt çiçəklərin üzərində şeh olan, lakin tozdan təmiz olduğu səhər tezdəndir. Xüsusilə bu bitkiləri oktyabr-noyabr aylarında toplamaq daha yaxşıdır.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.