AZ

Paşinyan Putinə cavab verib: Aİ və Aİİ arasında seçim üçün referendum gündəmdə deyil

Hazırda Ermənistanda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim edilməsi ilə bağlı referendum keçirməyə ehtiyac yoxdur.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz hazırda bunu referendumda səsverməyə çıxarmağı planlaşdırmırıq. Bu, yalnız obyektiv zərurət yarandığı zaman keçiriləcək”, - o deyib.

Paşinyan qeyd edib ki, bu məsələ “siyasi zövq deyil, transformasiya məsələsidir”.

Seçilən
0
7
aznews.az

10Mənbələr