AZ

Azərbaycan millisi Avropa Kubokunu 9 medalla başa vurdu

Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb.

Day.Az xəbər verir ki, ikinci yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb. Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

 

Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (-90 kq) və Diana Tçkayeva (-48 kq) da turniri bürünc medalla başa vurublar. İlk yarış günündə İslam Rəhimov (-66 kq) qızıl, Elşən Əsədov (-66 kq) gümüş, Babarəhim Mirzəyev (-60 kq), Nizami İmranov (-66 kq) və Rüfət Şövlətov (-73 kq) bürünc medal əldə etmişdilər. Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

Seçilən
1
18
day.az

10Mənbələr