AZ

Türkiyə şirkəti Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə edib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə etmişik.

Bunu “Invision Design Talks 2” forumunda iştirak edən Türkiyənin “Yes Architects” şirkətinin həmtəsisçisi Yeşeren Ersan “APA-Economics”ə açıqlamasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi şirkətin Bakı, İstanbul və Daşkənddə ofisləri fəaliyyət göstərir və ən böyük layihələr portfeli Azərbaycandadır.

Yeşeren Ersan qeyd edib ki, şirkət hazırda Azərbaycanda yaşayış kompleksləri, hotellər və ticarət mərkəzləri də daxil olmaqla bir sıra iri layihələr həyata keçirir.

Onun sözlərinə görə, şirkət artıq layihələndirmə prosesində süni intellekt alətlərindən geniş istifadə edir.

Memar bildirib ki, hazırda Azərbaycanda iki layihədə süni intellekt texnologiyalarından istifadə olunub.

Yeşeren Ersan diqqətə çatdırıb ki, bunlardan birində layihələndirmə işlərinin təxminən 20%-i, digər layihədə isə 50%-i süni intellektin dəstəyi ilə hazırlanıb.

O vurğulayıb ki, süni intellektdən istifadə hazırda xərcləri təxminən 10% azaltmağa imkan verir, yaxın 5 ildə isə bu göstərici 80-90%-ə çata bilər.

Memar əlavə edib ki, süni intellekt qərarvermə prosesini sürətləndirsə də, əsas qərarlar yenə də insanlar tərəfindən qəbul olunur.

Qeyd edək ki, “Invision Design Talks 2” forumu Seranit Azərbaycan və “Sinerji Pro”nun əməkdaşlığı ilə təşkil olunub. Forum APA İnformasiya Agentliyinin media dəstəyi ilə keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
3
apa.az

4Mənbələr