ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir.
“AzPolitika” “Modern.az”a istinadla xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub.
Həlak olan digər şəxslər isə bunlardır:
Çiriyev Sədrəddin Mehman oğlu - 21 sentyabr 1992-ci ildə anadan olub. Leninqrad vilayətinin Tixvin şəhərində yaşayıb.
Əsədov Eltun Adil oğlu - 10 avqust 1994-cü ildə anadan olub. Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində yaşayıb, 69-cu qvardiya motoatıcı diviziyasında xidmət edib.
Məmmədov Fərid Farizxan oğlu – 20 yanvar 1991-ci ildə anadan olub. Voronej vilayətinin Pavlovsk şəhərində yaşayıb,
Nuriyev Eldar Nəhmət oğlu – 1 noyabr 1970-ci ildə anadan olub. İrkutsk şəhərində yaşayıb, 137-ci həmlə briqadasında xidmət edib,
Abdullayev İlyas Əmin oğlu – 8 noyabr 1984-cü ildə anadan olub. Moskvada yaşayıb,
Talıbov Rafael Səttar oğlu – 8 iyul 1977-ci ildə anadan olub. Stavropol diyarının Aleksandrovskoye kəndində anadan olub, 7-ci Əlahiddə Moto-atıcı Briqadasında xidmət edib,
Osmanov Bayram Abdulla oğlu – 12 mart 1994-cü ildə anadan olub. Stavropol diyarının Kurskaya kəndində yaşayıb.
Sadıqov Teymur Əzizulla oğlu – Azərbaycan Respublikası vətəndaşı. Rusiya Ordusu ilə 1 illik hərbi müqavilə bağlayıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri yüzlərlə azərbaycanlı həyatını itirib. Onların arasında Azərbaycan vətəndaşlığı olan şəxslər də var.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.