AZ

QMİ dən Gürcüstanın yeni patriarxına REAKSİYA

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş toplantısında Mitropolit Şio (Mudjiri) Gürcüstanın yeni - 142-ci Katolikos-Patriarxı seçilib. Mitropolit Şionun namizədliyini 22 din xadimi (arxiyerey) dəstəkləyib. O, rəqibləri Ruis-Urbnisi Metropoliti Job və Poti və Xobi Metropoliti Qriqol üzərində qələbə qazanıb.Bizim.Media xəbər verir ki, QMİ-nin mətbuat katibi Bəxtiyar Nəcəfov Modern.az-a bildirib ki, bu gün, ya sabah Şeyxülislam Allahşükür Paşazadə öz təbrikini yeni patriarxa çatdıracaq:“Gürcüstan-Azərbaycan dostluğu, qonşuluğu çox möhtəşəmdir. Patriarxiya ilə Qafqaz Müsəlmanları idarəsinin neçə illik geniş dostluq əlaqələri var. II İliya ilə Şeyx Həzrətlərinin qardaşlıq, dostluq münasibətləri mövcdur idi. Hər ikisi də bölgədə böyük fiqur, şəxsiyyətdilər. İndi Mitropolit Şio (Mudjiri) məsləhət bilinib seçilibsə, təbii Qafqaz Müsəlmanları İdarəsi onu təbrik edəcək. Şeyx həzrətləri yəqin ki, bu gün və ya sabah təbrikini ünvanlayar”.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
bizim.media

2Mənbələr