AZ

Raşford "Barselona"da qalmaq istəyib-istəmədiyini açıqladı

"Barselona"nın ingilis hücumçusu Markus Raşford Kataloniya klubunun perspektivlərindən danışıb. 

Fanat.Az xəbər verir ki, o, BBC-yə açıqlamasında İspaniya çempionunda oynamağa davam etmək istədiyini bildirib:

"Barselona"nın hazırki heyəti sadəcə fantastikdir. Bu komanda qarşıdakı illərdə daha çox kubok qazanacaq. Burada qalmaq mənim üçün xüsusi bir şey olardı". 

Xatırladaq ki, "Blaugrana" bu mövsüm La Liqanın çempionu adını qazanıb. Markus Raşford karyerasında ilk dəfə bu titula sahib olub. Hücumçu bu mövsüm İspaniya La Liqasında "Barselona"da 30 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
12
1
fanat.az

2Mənbələr