AZ

ÜST: 42 günlük karantin elan edilsin

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

And hantavirusunun yayıldığı “MV Hondius” kruiz gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tətbiq olunması tövsiyə edilib.

Bakıvaxtı.az Musavat.com -a istinadən xəbər verir ki, bu barədə Tedros Adhanom Qebreyesus brifinq zamanı açıqlama verib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, mayın 10-dan etibarən sərnişinlərin 42 gün müddətində aktiv nəzarət altında saxlanılması tövsiyə olunur.

O qeyd edib ki, ÜST üzv ölkələrə yalnız tövsiyə verir və bu qərarları məcburi şəkildə tətbiq etmir.

Məlumata görə, göyərtəsində təxminən 150 sərnişinin olduğu “MV Hondius” üç həftə əvvəl Argentinanın Ushuaia limanından yola düşərək Canary Islands istiqamətində hərəkət edib. Sərnişinlərin əksəriyyətinin ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olduğu bildirilib.

Qeyd edək ki, hantavirus gəmiricilərdən insanlara keçən təhlükəli viruslar ailəsinə daxildir. Virus xüsusilə siçanların sidiyi, tüpürcəyi və ifrazatı ilə təmas nəticəsində yayılır. Xəstəlik ağır ağciyər sindromu və böyrək çatışmazlığı ilə müşayiət olunan hemorragik qızdırma yarada bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
6
bakivaxti.az

7Mənbələr