AZ

Aİ XİN rəhbərləri İsrail vətəndaşları və HAMAS liderlərinə sanksiyaları təsdiqləyib

Avropa İttifaqının xarici işlər nazirləri İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma fəaliyyətini dəstəkləməkdə ittiham olunan israillilərə və təşkilatlara qarşı yeni sanksiyalar paketi barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas bildirib.

Eyni zamanda, Aİ XİN rəhbərləri HAMAS liderlərinə qarşı yeni sanksiyaları təsdiqləyiblər.

İsrailin xarici işlər naziri Gideon Saar Aİ-nin İsrail vətəndaşları və təşkilatlarına qarşı sanksiyalar tətbiq etməsi qərarını sərt tənqid edib.

“İsrail vətəndaşları və təşkilatlarına qarşı sanksiyaların tətbiqi qərarını qəti şəkildə rədd edir”, – Saar bildirib.

Nazir Aİ-ni İsrail vətəndaşları ilə HAMAS silahlıları arasında müqayisə aparmaqda ittiham edib.

“Daha da hiddətləndirici olan budur ki, Aİ İsrail vətəndaşları ilə HAMAS döyüşçüləri arasında qəbuledilməz müqayisə aparıb. Bu, mənəvi baxımdan tamamilə təhrif olunmuş müqayisədir”, – İsrail XİN rəhbəri vurğulayıb.

Seçilən
18
1
apa.az

3Mənbələr