AZ

41 yaşlı qadın körpüdən YIXILDI

Ajans.az xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində, Gəncə çayı üzərində yerləşən körpüdə qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva körpüdən yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Yaralı qadın xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər. Qadının hansı şəraitdə körpüdən yıxıldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. \ Unikal.az

Seçilən
26
1
Ajans.az

10Mənbələr