AZ

İsrail Livana zərbələri davam etdirir

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir.

Bu barədə Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, 17 apreldə qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ölkənin cənub ərazilərinə hücumlara ara vermir.

Livanın NNA dövlət xəbər agentliyinin məlumatına görə, İsrail aviasiyası Kalile, Yatir, Safad Battih, Cumeycime, Sajid, Tul, Kefer-Rumman, Haris, Yumhur-Sakif, Kefer-Tebnit, Safkin və Aba yaşayış məntəqələrini bombalayıb.

Zərbələr nəticəsində dörd nəfər həlak olub.

İsrail artilleriyası həmçinin Məcdəl-Zun, Şafkin, Yuxarı Nəbatiyə və Kefer-Tebnitin ətraf ərazilərini də atəşə tutub.

Seçilən
20
3
editor.az

4Mənbələr