Nazirliyin bir qrup əməkdaşı Heydər Əliyev zirvəsinə yürüş edib
Ajans.az xəbər verir ki,onlar Qubanın Xınalıq kəndi yaxınlığındakı Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar. Hava şəraitinin ağır və relyefin mürəkkəb olmasına baxmayaraq, yürüş iştirakçıları məqsədə uğurla nail olublar. Ulu Öndərimizin adını daşıyan zirvədə onun barelyefi ziyarət olunub və əziz xatirəsi ehtiramla yad edilib.