AZ

Aİ iyunda Ukrayna ilə üzvlük danışıqlarına başlaya bilər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) bu il iyun ayında Ukrayna ilə birbaşa üzvlük danışıqlarına başlaya bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə keçirilən Aİ üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə bildirib.

Kos qeyd edib ki, 5 iyun tarixində Çernoqoriyanın paytaxtı Podqoritsada Qərbi Balkan ölkələrinin Avropa yoluna dair sammit keçiriləcək və o, sammitdə Ukraynanın ittifaqa üzvlüyünün müzakirə olunmasını vacib hesab edir.

“Biz ilk klaster üzrə danışıqlara Kipr sədrlik dönəminin bitməsindən əvvəl, yəni iyun ayında başlaya bilərik, digər beş klaster isə iyul ayında açıla bilər”, – deyə Kos bildirib.

O həmçinin qeyd edib ki, məsələ ilə bağlı Macarıstan Baş Naziri Peter Madyardan “müsbət mesaj” alıb və o, bütün üzvlük namizədi ölkələrə “bərabər münasibət” göstərməyə hazır olduğunu bildirib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
icma.az

1Mənbələr