AZ

Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə

Rumıniya Avropa İttifaqında (Aİ) doğum səviyyəsinin ən çox azaldığı ölkədir.

Publika.az xəbər verir ki, bunu Avropa Statistika İdarəsinin (Eurostat) yeni demoqrafik məlumatları göstərir.

Belə ki, 2024-cü ildə Rumıniyada ümumi doğum səviyyəsinin göstəricisi 1,54-dən 1,39 uşağa düşüb. Bu, Aİ üzrə ən kəskin geriləmə hesab olunur.

Avropa İttifaqında ümumi doğum səviyyəsi də tarixi minimuma enib. "Eurostat"ın məlumatına görə, 2024-cü ildə Aİ üzrə orta doğum səviyyəsinin göstəricisi hər qadına 1,34 uşaq təşkil edib. Bu, 2001-ci ildən bəri ən aşağı göstəricidir.

Maraqlıdır ki, Rumıniya Avropada ən gənc analardan birinə malik ölkələr sırasındadır. 2024-cü ildə rumın qadınları ilk uşaqlarını orta hesabla 27,2 yaşında dünyaya gətiriblər. Bu göstərici yalnız Bolqarıstandan yüksəkdir.

Seçilən
8
4
publika.az

7Mənbələr