AZ

Komissar: Aİ gələn ay Ukrayna ilə üzvlük danışıqlarına başlamağa hazırlaşır

Avropa İttifaqı Ukraynanın üzvlük prosesi ilə bağlı danışıqlara iyun ayında başlamağa hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bütün danışıqlar klasterlərinin açılması üçün texniki hazırlıq artıq tamamlanıb və üzv ölkələrdən bunun tezliklə rəsmiləşdirilməsi gözlənilir.

Marta Kos deyib ki, ilk klasterin Kiprin iyunun 30-dək davam edəcək Aİ-yə sədrliyi dövründə açılması mümkündür.

“Qalan beş klasterə gəlincə, ümid edirik ki, bunu iyul ayında həyata keçirə biləcəyik. Biz artıq çox iş görmüşük və indi hər şey rəsmi açılış üçün hazırdır”, – Aİ komissarı qeyd edib.

Macarıstanın mövqeyində mümkün dəyişikliklə bağlı suala cavab verən Kos yeni Baş nazir Peter Magyardan “ən müsbət mesajları” aldığını vurğulayıb.

“O dedi ki, bütün namizəd ölkələrə bərabər yanaşılacaq”, – Kos əlavə edib.

Seçilən
1
2
moderator.az

3Mənbələr