AZ

Qarabağdan getmiş ermənilər üçün yeni qaydalar

Qarabağdan könüllü şəkildə köçmüş və 27 yaşına çatmış şəxslər köçkünlük nəticəsində hərbi xidmət sənədlərini itirdikdə və ya ala bilmədikdə, artıq Ermənistan vətəndaşlığını almaqda problemlə üzləşməyəcəklər.

Musavat.com bildirir ki, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bu gün parlamentdə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən belə deyib.

Bildirilir ki, 2024-cü il yanvarın 16-da Milli Məclis 27 yaşına çatmış və hərbi xidməti başa vurmamış şəxslərin Ermənistana qayıtmasına, tələb olunan rüsumun ödənilməsinə, hərbi xidmətini tam və ya qismən başa vurmasına və nəticədə cinayət məsuliyyətindən azad edilməsinə icazə verən dəyişikliklər qəbul edib. Müdafiə nazirinin müavini qeyd edib ki, mövcud tənzimləmə Qarabağdan köçkün düşmüş şəxslər üçün müəyyən çətinliklər yaradıb.

Bu isə onların Ermənistan vətəndaşlığını əldə etməsinə mane olub, çünki bir çox hallarda məcburi köçkünlük zamanı hərbi xidməti təsdiq edən sənədlər itirilirdi. Yeni düzəlişləri nəzərə alaraq, 2024-cü ildə qəbul edilmiş qaydalar Qarabağdan köçkün edilmiş şəxslərə şamil edilməyəcək”, - deyə o bildirib.
Qanun layihəsindəki 2024-cü il yanvarın 16-da qəbul edilmiş dəyişikliklərə əsasən, qısaldılmış müddətli həqiqi hərbi xidmət keçən 27 yaşdan 37 yaşadək hərbi qulluqçular üçün yeni məzuniyyət qaydaları da tətbiq edilir. Konkret olaraq, bir il və ya altı ay xidmət edənlərə 10 gün məzuniyyət hüququ veriləcək, bir ay müddətində xidmət edənlərə isə məzuniyyət verilməyəcək.

Bundan başqa, yeni qaydalar “Vətənin Müdafiəçisi” proqramı üzrə müqaviləli xidmətə də şamil ediləcək. Müqavilə əsasında xidmət edən hərbçi bir il ərzində beş intizam tənbehi alırsa, onların müqaviləsi ləğv edilir.

Musavat.com

 

Seçilən
18
1
musavat.com

10Mənbələr