Artıq Gəncədə bayram ab-havası varmı? Azarkeşlər bu ərəfədə Azər Bağırovun komandadan göndəriləcəyi barədə xəbərləri necə dəyərləndirir?
Bu suallarla "Xəmsə"nin rəhbəri Müşviq Məmmədova müraciət etdikOnun "Football-plus.az"a cavabı:
"Əlbəttə, elitada qaldığımıza görə sevinirik, amma bayram ab-havasından söhbət getmir. "Kəpəz" elə komanda deyil ki, premyer-liqada yerimizi qoruyub-saxladığımıza görə bayram keçirək. Onsuz da liqada qalmalıydıq ki, qaldıq. Daha yaxşı nəticələr qazananda sevinərik. Baş məşqçi məsələsinə gəlincə, Azər Bağırov sayəsində son 4 "futbol ili"ndə ən çox qələbə qazandığımız mövsümü yaşadıq. Düşünürük ki, o, komandada qalmalıdı. Hər il dəyişikliyin olması bizi boğaza yığıb. Yeni gələn məşqçilır yaxşı komanda formalaşda bilmir. Azər Bağırov "Kəpəz"i premyer-liqada saxladığı hər iki mövsümdə heyəti özü yığmamışdı. İstəyərək ki, onun da seleksiya bacarıqlarına şahid olaq. Ona şərait yaratmaq, davamlı imkan vermək lazımdı".
KƏNAN BAHADIR