AZ

Azərbaycan idmançıları “Khan Fight 6” beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 11 may, AZƏRTAC

Türkiyənin Bursa şəhərində keçirilən “Khan Fight 6” beynəlxalq peşəkar MMA turnirində Azərbaycan idmançıları uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Nihad Quliyev (70 kiloqram) braziliyalı rəqibini ilk raundda vaxtından əvvəl məğlub edərək qələbə qazanıb.

Nərmin Əliyeva (52 kiloqram) braziliyalı Rak Fiqeyredo üzərində ilk raundda boğucu fəndlə qalib gəlib. Qeyd edək ki, rəqib çəki ölçümünü tamamlaya bilmədiyindən Nərmin Əliyeva onun 2 kiloqram artıq çəki ilə döyüşməsinə razılıq verib.

Vilayət Zeynalov (66 kiloqram) isə braziliyalı təcrübəli rəqibi Qilmar Moreyra ilə qarşılaşıb. Üç raund davam edən döyüşün yekununda idmançımız hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. İdmançımız göstərdiyi yüksək performansa görə gecənin ən yaxşı döyüşü – “Fight of the Night” bonusuna da layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
3
azertag.az

4Mənbələr