Azərbaycan ilə Küveyt arasında mövcud əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparılıb.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Küveytin neft naziri Tareq Suleyman Əhməd Əl-Rouminin Azərbaycanın Küveytdəki səfiri Emil Kərimovla görüşündə ölkələr arasında müxtəlif əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda bildirilib.
Küveyt Dövlətinin neft naziri cənab Tareq Suleyman Əhməd Əl-Roumi ilə keçirilən görüş zamanı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Emil Kərimov ölkələrimiz arasında müxtəlif əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparmışdır. pic.twitter.com/A5bb0Lau01
— AzEmbKuwait (@AzEmbKuwait) May 11, 2026