AZ

BMT: Hörmüz boğazının blokadası səbəbindən milyonlarla insan aclıq təhlükəsi ilə üz üzə qala bilər

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Hörmüz boğazının blokadası səbəbindən artıq bir neçə həftədən sonra “ağır humanitar böhran” başlaya bilər.

BMT nümayəndəsi Jorje Moreyra da Silva həyəcan təbili çalaraq bildirib ki, 45 milyona qədər insan aclığın astanasında qala bilər. Buna səbəb qlobal qida istehsalı üçün həlledici əhəmiyyət kəsb edən və əvvəllər dəniz yolu ilə, o cümlədən İranın blokadaya aldığı boğaz vasitəsilə daşınan gübrələrdir. Onların çatışmazlığı məhsuldarlığın azalmasına və ərzaq qiymətlərinin artmasına səbəb ola bilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) vəziyyətin “fəlakətə çevrilməməsi” üçün bütün ölkələri alternativ ticarət marşrutları tapmağa, həmçinin gübrə ixracına qoyulan məhdudiyyətlərdən qaçmağa çağırıb.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr