Dövlət Sərhəd Xidmətinin əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib.
Bu barədə Metbuat.az-a mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağa tapşırılıb.