Heykəldə çiyin-çiyinə dayanan 4 nəfər hakimiyyətin birliyini və tetrarxiyanın sarsılmazlığını ifadə edirdi. Min ilə yaxın müddətdə bu fiqur Konstantinopoldakı yerində qalaraq, maraqlı siyasi eksperimenti xatırlatmaqda davam edirdi...
1204-cü ildədördüncü xaç yürüşü zamanı Bizansın paytaxtını ələ keçirən səlibçilər şəhəri talayır, dağıdır, yandırır, əhaliyə duvan tuturlar.Əllərinə keçən hər şeyi, o cümlədən də “tetrarxiya” heykəlini qənimət kimi özləri ilə aparırlar.
Venesiyada bu heykəlin ikinci həyatı başlayır: onu San-Marko bazilikasının fasadına hörürlər.800 ildir ki, bu fiqur orada yamaq kimi vurulduğu divarda məhbəs həyatı yaşayaraq, dörd cüt gözü ilə mat-mat düşdüyü yad, naməlum şəhərə tamaşa edir.
Konstantinopolu talayan barbarlar tetrarxları yerindən qaba şəkildə qoparanda kiçik qeysərlərdən birininayağı postamentin bir parçası ilə birlikdə qırılaraq, Konstantinopolda qalmışdı. Venesiyada fiquru bərpa etmək üçün qırılmış yeriağ əhəngdaşı ilə yamayırlar.

Ötən əsrin 60-cı illərində heykəlin qırılmış hissəsi İstanbulda aşkarlanır. Labaratoriya analizləri tapılan parçanın həqiqətən də “tetrarxiya” heykəlinə aid olduğunu təsdiqləyir. İndi həmin parça İstanbulda arxeologiya muzeyində saxlanılır.
Əlbəttə, iki hissəni birləşirmək çox gözəl və düzgün addım olardı. Bu, vəhşi avropalılar tərəfindən həm heykəlin özünə, həm də naməlum müəllifinə qarşı edilmiş hörmətsizliyin günahını az da olsa yuyar, ədalət öz yerini tapardı. Amma alınmır: çünki bütövləşəndən sonra heykəlin harada – Venesiyada, yoxsa İstanbulda qalacağı haqda razılığa gəlmək mümkün olmur.
Tariyel Həsənov
AzVision.az