Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajczak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.
Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.
Finalda isə Paralimpiya çempionu israilli Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.
Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal
İki parataekvondoçumuz Antalyada bürünc medal qazanıb - FOTO
Parataekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb