AZ

Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub

Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-aprel aylarında Sudan ərazisində pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar nəticəsində azı 880 mülki şəxs həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin yaydığı bəyanatda bildirilib.

Sudan üzrə fəaliyyət göstərən monitorinq qrupunun hesabatına görə, PUA zərbələri nəticəsində ölənlərin sayı münaqişə ilə əlaqəli ümumi mülki itkilərin 80 faizindən çoxunu təşkil edib.

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Folker Türk bildirib ki, zərbə dronları mülki əhali arasında ölüm hallarının əsas səbəbinə çevrilib. Onun sözlərinə görə, pilotsuz vasitələrdən istifadənin artması əvvəllər döyüşlərin zəiflədiyi yağış mövsümündə belə, silahlı qarşıdurmaların yüksək intensivliklə davam etməsinə imkan yaradır.

Folker Türk yaxın həftələrdə hərbi əməliyyatların genişlənərək ölkənin mərkəzi və şərq bölgələrinə yayılması riskinin artdığını, bunun isə geniş ərazilərdə yaşayan mülki əhali üçün ağır nəticələr doğura biləcəyini vurğulayıb. O, təxirəsalınmaz tədbirlər görülməyəcəyi təqdirdə, münaqişənin daha qanlı mərhələyə keçəcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, mülki itkilərin böyük hissəsi ilin ilk üç ayında Kordofan və Darfur bölgələrində qeydə alınıb. Mayın 8-də Cənubi Kordofandakı Əl-Qoz bölgəsi və Şimali Kordofandakı Əl-Ubayyid ətrafına pilotsuz aparatlarla endirilən zərbələr nəticəsində daha 26 mülki şəxsin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.

Seçilən
12
5
hafta.az

6Mənbələr