AZ

Kayseri şəhərində Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Türkiyənin Kayseri şəhərindəki “Şuşa” Azərbaycan Evində “Azərbaycan dövlətçiliyi təfəkkürü: 1918-ci ildən bu günə qədər” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirin iştirakçılarına Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri barədə məlumat verilib.

Tədbirdə Konya Selcuk Universitetinin dosenti Təranə Haşımova və ekspert Hakan Utku Koşmaz məruzələrlə çıxış ediblər.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsində tarixi roluna, eləcə də ölkəmizin memarının Türk dünyası daxilində əlaqələrin inkişafına strateji töhfəsinə xüsusi diqqət yetirilib.

“Şuşa” Azərbaycan Evinin nümayəndələri Türk dünyası daxilində ortaq dəyərlərin, irsin və əlaqələrin gücləndirilməsinə yönəlmiş mədəni və akademik proqramların davam edəcəyinə əminlik ifadə ediblər.

Seçilən
2
50
ikisahil.az

10Mənbələr