AZ

Almaniya və Ukrayna birgə dron istehsal etməyi planlaşdırır

Almaniya və Ukrayna uzaqmənzilli pilotsuz uçuş aparatlarının birgə istehsalını həyata keçirməyi planlaşdırır.

"Yeni Sabah" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə ukraynalı həmkarı Mixail Fyodorovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Berlin Almaniya və Ukrayna şirkətləri arasında birgə müəssisələrin yaradılmasına üstünlük verir. pizza mizza

"Bu, xüsusilə, müxtəlif mənzilli - 100 kilometrdən 1 500 kilometrədək uçuş məsafəsinə malik dronların birgə hazırlanması və istehsalına aiddir", - deyə Pistorius bildirib.

Məlumata görə, söhbət həm yeni texnologiyaların hazırlanmasından, həm də birgə istehsal prosesinin təşkilindən gedir./Oxu.az


Telegram kanalımız
Seçilən
0
3
yenisabah.az

5Mənbələr