Futbol üzrə Azərbaycan II Liqasında XXVI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün lider "Xankəndi" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Şirvan"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 73-ə yüksəldən "Xankəndi" liderliyini davam etdirir. 39 xalı olan "Şirvan" isə 4-cü yerdədir.
"Xankəndi" - "Şirvan" 4:0
Qollar: B.Teymurov, 2, 39, 77, M.Caniyev, 88
saytlarin hazirlanmasi