Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Salah ərəblərin hədəfində
Səudiyyə Ərəbistanı klubları yay transfer dönəmində "Liverpul"un ulduzu Məhəmməd Salahı əsas hədəf kimi müəyyənləşdirib.
QOL.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, 33 yaşlı misirli futbolçunun mövsümün sonunda İngiltərə klubundan ayrılacağı gözlənilir. Bildirilir ki, "Liverpul" müqaviləsinin bitməsinə bir il qalmış Salahın azad agent kimi komandadan getməsinə mane olmayacaq. Klub bununla maaş büdcəsində ciddi yer açmağı planlaşdırır.
Xatırladaq ki, "Liverpul" 2023-cü ildə "Əl-İttihad"ın Salah üçün etdiyi 150 milyon funt sterlinqlik təklifi geri çevirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.