AZ

ÇL-də final matçının hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının final qarşılaşmasının hakim təyinatları açıqlanıb.

Hakimiyyet.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, PSJ və "Arsenal" komandaları arasında keçiriləcək həlledici oyun Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Final matçında baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR (Video Köməkçi Hakim) otağında həmyerlisi Bastian Dankert köməklik göstərəcək.

Qeyd edək ki, Çempionlar Liqasının böyük finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da keçiriləcək.

Seçilən
1
6
hakimiyyet.az

10Mənbələr