Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, Hüseyn Əsədov xəstəlik səbəbindən dünyasını dəyişib. O, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı.
H.Əsədov bu gün Binə qəbiristanlığında dəfn olunub. /metbuat.az/