AZ

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

Azərbaycanın atıcılıq millisinin üzvləri Ruslan Lunyov və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında növbəti uğura imza atıblar.

Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında yüksək nəticə göstərərək final mərhələsinə yüksəliblər.

Final qarşılaşmasında inamlı və peşəkar çıxış edən idmançılar Avropa çempionatının gümüş medalını qazanıblar.

Seçilən
13
4
azerbaijan-news.az

8Mənbələr