AZ

“Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı

Fransa Prezidenti Emmanuel Makron Nayrobidə keçirilən “Afrika irəli” sammitində zalda yaranan səs-küyə dözməyərək çıxışını kəsib.

Ölkə.az xəbər verir ki, hadisə mayın 11-də afrikalı iştirakçıların səhnədə siyasi məsələləri müzakirə etdiyi vaxt baş verib.

Zaldakı uğultunun kəsilmədiyini və insanların natiqlərə məhəl qoymadan ucadan danışdığını görən Makron emosiyalarını cilovlaya bilməyib.

Mikrofona yaxınlaşan Fransa lideri səs-küy salanlardan sükut tələb edib.:

“Bağışlayın, hey, üzr istəyirəm, amma bu qədər səs-küy olan yerdə belə insanların bura gəlib çıxış etməsi və mədəniyyətdən danışması qeyri-mümkündür. Əgər ikitərəfli görüşlər keçirmək və ya başqa mövzularda danışmaq istəyirsinizsə, bunun üçün xüsusi otaqlar var, kənara çıxa bilərsiniz”.

Qeyd edək ki, onun bu görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.(qafqazinfo)

Seçilən
2
6
olke.az

7Mənbələr