AZ

Azərbaycan atıcılıq millisi beynəlxalq arenada növbəti uğuruna imza atıb

Azərbaycan atıcılıq millisi beynəlxalq arenada növbəti uğuruna imza atıb.

Fanat.Az xəbər verir ki, Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında qadınlardan ibarət komandamız 25 metr standart tapança yarışında bürünc medal qazanaraq ölkəmizi növbəti dəfə fəxrlə təmsil edib.

Komandanın heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yarış ərzində yüksək dəqiqlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.

Seçilən
0
3
fanat.az

4Mənbələr