AZ

Ukrayna Rusiya ilə “aeroport atəşkəsi” istəyir

Ukrayna Rusiya ilə aeroportlara zərbələrin dayandırılmasını nəzərdə tutan ayrıca razılaşma əldə etməyə çalışır.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Məlumata görə, söhbət Moskva və Kiyevin qarşılıqlı şəkildə bir-birinin aeroportlarına hücum etməməsindən gedir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, belə bir format ABŞ-ın diplomatik səylərini əvəz etməməli, əksinə, Avropanın ayrıca dəstək mexanizmi kimi danışıqlara əlavə olunmalıdır.

Kiyev hesab edir ki, bu təşəbbüs müharibə fonunda müəyyən risklərin azaldılmasına və danışıqlar prosesinə əlavə imkan yaradılmasına kömək edə bilər.

 

Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr