AZ

Tramp İranla bağlı son qərarı verəcək

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə İran ətrafında yaranmış vəziyyəti və Tehrana qarşı mümkün hərbi əməliyyatların bərpasını müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirib ki, Tramp hələ də münaqişənin diplomatik yolla həllinə nail olmağa çalışır. Lakin İranın mövqeyinin vəziyyəti çətinləşdirdiyi qeyd olunur.

Müzakirə edilən variantlar arasında Hörmüz boğazında gəmilərin müşayiəti məqsədilə “Azadlıq layihəsi”nin bərpası, həmçinin İran ərazisinə mümkün hava zərbələri də yer alır.

Seçilən
19
3
publika.az

5Mənbələr