AZ

Daha bir ölkə ABŞ hərbçilərini qəbul etməyə hazırdır

Latviya Almaniyadan çıxarılacaq ABŞ qoşunlarının bir hissəsini qəbul etməyə hazırdır.

Ölkə.az xəbər verir ki, bunu Latviya xarici işlər naziri Bayba Braje deyib.

Onun sözlərinə görə, Riqa artıq Vaşinqtonla ölkədə ABŞ hərbi mövcudluğunun genişləndirilməsi ilə bağlı müzakirələr aparır.

Qeyd edək ki, Polşa xarici işlər nazirinin müavini İqnatsi Nemçitski də Varşavanın Trampın Almaniyadan çıxarmağı planlaşdırdığı 5000 ABŞ əsgərini qəbul etməyə hazır olduğunu bildirmişdi.(axar.az)

Seçilən
27
2
olke.az

3Mənbələr