Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd cəhdi halında nüvə zərbəsi endirilməsini tələb edən konstitusiyasına düzəliş edib.
AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.
Məlumata görə, dəyişikliklər İranın Ali Lideri Əli Xamenei və digər yüksək vəzifəli şəxslərin son münaqişədə sui-qəsdlərindən sonra qlobal gərginliyin kəskin artması fonunda qəbul edilib.
Konstitusiyanın yenidən baxılması KXDR Ali Xalq Məclisinin martın 22-də Pxenyanda başlayan sessiyasında təsdiqlənib.