AZ

Nəsli kəsilməkdə olan heyvana hücum edən şəxsə federal araşdırma AÇILDI – VİDEO

Havay adalarında nəsli kəsilməkdə olan suitini daşlayan şəxs yerli sakinlər tərəfindən döyülüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

37 yaşlı kişi nəsli kəsilməkdə olan və dünyada cəmi 1500-ə yaxın fərdi qalan rahib suitisinə daş atdığı üçün federal araşdırmaya cəlb edilib.

Bu hərəkətindən qəzəblənən yerli sakinlər həmin şəxsə hücum edərək onu döyüblər.

Baş verən insidentdən və yerli əhalinin sərt reaksiyasından sonra həmin şəxs qorxuya düşərək tələsik şəkildə Havay adalarını tərk etmək məcburiyyətində qalıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
62
interpress.az

1Mənbələr