AZ

Trampdan İran açıqlaması: “Razılaşırlar, sonra sözlərindən qaçırlar”

ABŞ prezidenti Donald Tramp İranla nüvə danışıqları barədə yeni açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp Tehranın sənəd göndərməkdə gecikdiyini və əvvəl razılaşdığı şərtləri sonradan sənədə daxil etmədiyini bildirib.

Jurnalist Trampdan iranlıların bütün zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razı olub-olmadığını soruşub. ABŞ prezidenti suala müsbət cavab verib.

Onun sözlərinə görə, İran tərəfi iki gün əvvəl bu məsələ ilə razılaşmışdı və “siz onu götürməlisiniz” demişdi. Tramp bildirib ki, ABŞ tərəfi bu addımı İranla birlikdə atmağa hazır olub. Lakin Tehran sonradan mövqeyini dəyişib və həmin bəndi sənədə daxil etməyib.

“Onlar 10 dəqiqəyə hazırlanmalı olan sənədi bizə 4 günə göndərdilər. Hər şey çox sadə görünürdü: biz uranı götürürük, onlar isə uzun müddət nüvə silahına sahib olmayacaqlarına zəmanət verirlər. Amma onlar buna razı ola bilmirlər. Bizimlə razılaşırlar, sonra isə sözlərindən qaçırlar”, – deyə Tramp bildirib.

Musavat.com

Seçilən
79
musavat.com

1Mənbələr