AZ

Bu futbolçular Şamaxı ilə vidalaşmağa yaxındır

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Şamaxı"nın baş məşqçi postu ilə bağlı vəziyyətə cari mövsümün sonunda aydınlıq gələcəyi gözlənilirsə, indiki heyətin aparıcı oyunçuları ilə bağlı durum da qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, müdafiəçi Rüfət Abbasovun gedəcəyi 90 faiz dəqiqləşibsə, hücumçu Karim Rossi, yarımmüdafiəçi Andrey Tirkaveanu, vinger Dioqu Balaunun növbəti mövsümə "aslanlar"ın heyətində başlamamaq ehtimalı yüksəkdir.

Sözügedən oyunçular bir neçə yerli klubdan daha yaxşı maddi şərtlər qarşılığında müqavilə təklifi alıblar. Baş məşqçi Ayxan Abbasovun "bənövşəyilər"lə vidalaşmaq qərarı verməsi də, əcnəbilərin getmək istəməsini şərtləndirən amillərdəndir. "Şamaxı" onların qalmasını vacib saysaq, hər birinə indikindən daha yüksək maaş ödəmək tələbini yerinə yetirməlidir.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
fanat.az

2Mənbələr