AZ

Britaniya Hörmüzdə hərbi missiya ilə bağlı 40 ölkənin müdafiə nazirlərinin görüşünü keçirəcək

Böyük Britaniya və Fransa çərşənbə axşamı günü Hörmüz boğazında beynəlxalq hərbi missiyanın aspektləri barədə razılığa gəlmək üçün 40-dan çox ölkənin müdafiə nazirlərinin ilk görüşünü keçirəcəklərini bildiriblər.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Böyük Britaniya və Fransanın rəhbərliyi ilə beynəlxalq tərəfdaşların görüşdən istifadə edərək, şərait imkan verdikdə Hörmüz boğazının açılması və təhlükəsizliyinin təmin edilməsi üçün müdafiə missiyasına hərbi töhfələrini müzakirə etmələri və müəyyən etmələri gözlənilir", - məlumatda deyilir.

Böyük Britaniya Müdafiə Nazirliyi vurğulayıb ki, plan tamamilə müdafiə xarakterlidir və bu, ticarət yolunda kommersiya gəmiçiliyinə etimadı bərpa etməyi hədəfləyir.

Nazirlər görüşündə konkret öhdəliklərin elan edilməsi gözlənilir.

Seçilən
60
apa.az

1Mənbələr