AZ

İsrailə görə 5 ölkə “Eurovision 2026”nı boykot edir

İsrailin “Eurovision 2026” mahnı müsabiqəsində iştirakına etiraz olaraq bir sıra Avropa ölkələri yarışmanı boykot etmək qərarı verib.

Editor.az xəbər verir ki, məlumata görə, İspaniya, İrlandiya, İslandiya, Niderland və Sloveniya İsrailin müsabiqəyə qatılmasına qarşı çıxaraq “Eurovision 2026”da iştirak etməyəcəklərini açıqlayıblar. Qərarın əsas səbəbi kimi Qəzza ətrafında baş verən hadisələr və yarışmanın siyasi müstəviyə daşınması göstərilir.

Bildirilir ki, sözügedən ölkələr Avropa Yayım Birliyinin (EBU) İsrailin müsabiqədə iştirakına icazə verməsindən narazıdır. Bəzi ölkələrin yarışmanı televiziya vasitəsilə yayımlamaqdan da imtina edə biləcəyi qeyd olunur.

Analitiklərin fikrincə, yaranmış vəziyyət “Eurovision” tarixinin ən böyük siyasi böhranlarından biri hesab olunur. Müzakirələr fonunda müsabiqənin siyasi təsirlərdən nə dərəcədə uzaq qala bildiyi yenidən gündəmə gəlib.

Qeyd edək ki, “Eurovision 2026” mahnı müsabiqəsinin Avstriyanın paytaxtı Vyanada keçirilməsi planlaşdırılır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr