
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yeniavaz.com FHN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
Qeyd olunub ki, əlavə məlumat veriləcək.