AZ

Pirəhmədli kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə bu qədər vəsait sərf olunacaq

Füzuli rayonunun Pirəhmədli kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, məbləğ 1 599 999 AZN-dir.

 

Sifarişçi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi, icraçı isə “Azsur Group” MMC-dir.

 

Tərəflər arasında müqavilə bağlanıb.

 

Cabir

Tarix: 12 May 2026, 09:08   
Seçilən
2
pravda.az

1Mənbələr