AZ

Bakıdakı yanğının söndürülməsinə helikopterlər cəlb olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Missiya.Az-a bildirilib ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.

Seçilən
26
18
missiya.az

6Mənbələr