AZ

"Bakı-Xankəndi" velosiped yarışının 3-cü mərhələsi start götürdü

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi start götürüb.

"Apasport"un turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə gediləcək yol 162,9 kilometr uzunluğundadır. 

Mərhələyə Qəbələdə start verilib və bu tur Mingəçevirdə yekunlaşacaq.

Xatırladaq ki, ötən gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov 2-ci raundun qalibi olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Azərbaycan Kubokunda finala doğru: 10 mövsümün rekordu

Rəhim Sadixov 200-ə çatdı

Emin Mahmudov bunu bacaran ikinci oyunçu oldu

“Turan Tovuz”un futbolçusu üçün yubiley matçı

Ehtiram Quliyev: "Bütün Qərb bölgəsini təbrik edirəm" - VİDEO

Seçilən
3
apasport.az

1Mənbələr