Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səsvermədə Müqəddəs Sinodun bütün 39 üzvü iştirak edib.
Səsvermə nəticəsində Senaki və Çxorotsku mitropoliti Şio (Elizbar Muciri) ölkənin 142-ci Katolikos-Patriarxı seçilib. O, 22 səs toplayıb.
Digər namizədlər - Urbnisi və Ruisi yeparxiyasının mitropoliti Job 9, Poti və Xobi mitropoliti Qriqol isə 7 səs alıb.
Qeyd edək ki, Gürcüstan Katolikos-Patriarxının seçilməsi proseduru 1995-ci ildə Svetitsxoveli Kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Şurasında qəbul edilmiş əsasnamə ilə tənzimlənir.
Onu da xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.